AZ

"Qarabağ"ın yarımmüdafiəçisi Norveç klubuna transfer oldu - RƏSMİ

"Qarabağ"ın futbolçusu Kris Kuaku komandadan ayrılıb.
 
Ağdam təmsilçisindən Moderator.az-a verilən məlumata görə, 26 yaşlı kot-d'ivuarlı yarımmüdafiəçi Norveçin "Sarpsborq 08" klubuna transfer olunub.
 
Qeyd edək ki, 2025-ci ilin yayında "Qarabağ"a transfer olan futbolçu komandada 19 oyun keçirib, bir qol vurub.
 
O, Premyer Liqada 12 (bir qol), ölkə kubokunda bir, Çempionlar Liqasında altı matça çıxıb.
 
Seçilən
83
2
moderator.az

5Mənbələr