AZ

"Qarabağ"ın futbolçusu Avropa klubuna keçdi - RƏSMİ

"Qarabağ"ın futbolçusu Kris Kuaku komandadan ayrılıb.

Ağdam təmsilçisindən Ölkə.Az-a verilən məlumata görə, 26 yaşlı kot-d'ivuarlı yarımmüdafiəçi Norveçin "Sarpsborq 08" klubuna transfer olunub.

Qeyd edək ki, 2025-ci ilin yayında "Qarabağ"a transfer olan futbolçu komandada 19 oyun keçirib, bir qol vurub.

O, Premyer Liqada 12 (bir qol), ölkə kubokunda bir, Çempionlar Liqasında altı matça çıxıb.

Seçilən
44
2
olke.az

5Mənbələr