ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda təyyarə qəzası nəticəsində hərbçilərin ölməsini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 6 hərbçidən dördü ölüb. Hadisənin baş vermə səbəbləri araşdırılır, xilasetmə işləri aparılır.
Eyni zamanda, təyyarənin düşmən və ya müttəfiqlər tərəfindən vurulmadığı qeyd olunub.