AZ

Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyəyə səfər edəcək

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək...

APA “Armenpress”ə istinadən xəbər verir ki, Simonyan 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcək.

Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinə parlamentin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sarqis Xandanyan, Maliyyə-Kredit və Büdcə Məsələləri Daimi Komitəsinin sədri Tsovinar Vardanyan və "Mülki Müqavilə" fraksiyasından deputat Asmik Akobyan daxildir.

Poliqon.info

Seçilən
2
1
poliqon.info

6Mənbələr