ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
APA “Armenpress”ə istinadən xəbər verir ki, Simonyan 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcək.
Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinə parlamentin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sarqis Xandanyan, Maliyyə-Kredit və Büdcə Məsələləri Daimi Komitəsinin sədri Tsovinar Vardanyan və "Mülki Müqavilə" fraksiyasından deputat Asmik Akobyan daxildir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.