ain.az, Azertag saytına istinadən bildirir.
Gəncə, 13 mart, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Elm və innovasiya ayı” çərçivəsində “Startap həftəsi” keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, İnnovasiyalar Departamentində keçirilən tədbirin ilk günündə GDU-nun elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə innovasiya və sahibkarlığın elmin inkişafında mühüm rolundan danışıb, tələbələrə bu istiqamətdə tövsiyələr verib.
“Startap həftəsi” çərçivəsində innovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev və şöbənin əməkdaşı Kamran Yusibov iştirakçılara innovasiya və onun növləri, startaplar, biznes modelinin qurulması, məhsulun yaradılması və dizaynı kimi mövzularda təlimlər keçiblər.
Eyni zamanda, “Startup həftəsi”ndə universitetin ENACTUS komandasının üzvləri ilə görüşlər təşkil olunub. Görüşlər zamanı müsabiqədə iştirakla bağlı məsələlər müzakirə edilib, tələbələrin fikirləri dinlənilib və müsabiqəyə təqdim olunacaq ideyalar ətrafında fikir mübadiləsi aparılıb.
Müxbir - Elcan Məmmədov



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.