AZ

Lu Mey: Çin ilk dəfə olaraq Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Ötən il Çin və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 4.87 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 30.2 faiz artım deməkdir".

Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə çıxışı zamanı deyib.

O xatırladıb ki, ticarət dövriyyəsi artıq üçüncü ildir ardıcıl olaraq yeni rekord həddi aşır:

"Xüsusilə vurğulamaq lazımdır ki, cari ilin yanvar ayında iki ölkə arasında ticarət dövriyyəsi 420 milyon ABŞ dollarına çatıb və Çin ilk dəfə olaraq Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib.

İki ölkə arasında ticarət həcmi sürətlə artmaqla yanaşı, praktik əməkdaşlığın keyfiyyəti və səviyyəsi də əhəmiyyətli dərəcədə yüksəlib. Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji istehsalı, avtomobil sənayesi, informasiya-kommunikasiya texnologiyaları və tikinti materiallarının istehsalı kimi sahələrdə müxtəlif layihələr həyata keçirirlər.

Çin və Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı birgə inkişaf etdirirlər. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Orta Dəhlizi əsas yük axını ilə təmin edərək qlobal istehsal və logistika zəncirlərinin sabitliyinin qorunmasında mühüm rol oynayır".

Töhfə Səməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
oxu.az

1Mənbələr