AZ

Serialın bir bölümündən 62 min 500 manat QAZANIR

Türkiyədə yayımlanan və reytinqlərdə uzun müddətdir zirvəni qoruyan "Uzak Şehir" serialı təkcə izlənmə göstəriciləri ilə deyil, həm də yüksək büdcəsi ilə diqqət çəkir.

Milli.Az xəbər verir ki, layihənin televiziya sektorunda ən bahalı seriallardan biri olduğu bildirilir.

Serialın baş rollarından birini canlandıran Ozan Akbabanın yeni mövsümdə aldığı qonorar da gündəm olub. O, ekran işində "Cihan" obrazını canlandırır.

İddialara görə, aktyor yeni mövsümdə hər seriya üçün 1 milyon 600 min türk lirəsi məvacib alır. Bu məbləğ təxminən 62 min 500 manat civarındadır.

Qeyd edək ki, Ozan Akbaba-nın yer aldığı "Uzak Şehir" serialı hazırda Türkiyə televiziya məkanında ən çox müzakirə olunan layihələrdən biri hesab olunur.

Hüseyn
Milli.Az

Seçilən
20
4
milli.az

5Mənbələr