AZ

İran Hörmüz boğazını bağlamayacağını BƏYAN ETDİ

İran Hörmüz boğazını bağlamaq niyyətində deyil.

İnterpress.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat yayıb.

İran İslam Respublikası strateji əhəmiyyətli Hörmüz boğazını bağlamaq niyyətində olmadığını bəyan edib. Ölkənin BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, Tehran dəniz ticarət yollarının açıq qalmasında və regionda naviqasiya təhlükəsizliyinin qorunmasında maraqlıdır.

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və İran beynəlxalq dəniz hüququ normalarına sadiq qalmağa davam edir.

Qeyd edək ki, Hörmüz boğazı qlobal neft ixracının əsas keçid məntəqələrindən biri hesab olunur və regionda hərbi-siyasi gərginlik artdıqca bu su yolunun taleyi beynəlxalq ictimaiyyəti ciddi narahat edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
30
1
interpress.az

2Mənbələr