AZ

İran Hürmüz boğazını bağlamayacağını BƏYAN ETDİ

İran Hürmüz boğazını bağlamaq niyyətində deyil — BMT-dəki daimi nümayəndə

İnterpress.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani məlumat yayıb.

İran İslam Respublikası strateji əhəmiyyətli Hürmüz boğazını bağlamaq niyyətində olmadığını bəyan edib. Ölkənin BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bildirib ki, Tehran dəniz ticarət yollarının açıq qalmasında və regionda naviqasiya təhlükəsizliyinin qorunmasında maraqlıdır.

Onun sözlərinə görə, Hürmüz boğazının bağlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və İran beynəlxalq dəniz hüququ normalarına sadiq qalmağa davam edir.

Qeyd edək ki, Hürmüz boğazı qlobal neft ixracının əsas keçid məntəqələrindən biri hesab olunur və regionda hərbi-siyasi gərginlik artdıqca bu su yolunun taleyi beynəlxalq ictimaiyyəti ciddi narahat edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
68
1
interpress.az

2Mənbələr