AZ

İki İran diplomatı xaricdə siyasi sığınacaq istəyib

Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İki İran diplomatı xaricdə sığınacaq istəyib.

“Iran International”ın məlumatına görə, iki İran diplomatı siyasi sığınacaq üçün müraciət edib.

Bunlar Kopenhagendəki İran səfirliyinin diplomatı Əlirza Söhbəti və Kanberradakı səfirliyin əməkdaşı Məhəmməd Purnəcəfdir. Məlumata görə, Purnəcəf əvvəllər İranın Avstraliyadakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

Qeyd olunur ki, oxşar hallar son siyasi hadisələr fonunda əvvəllər də baş verib. Bundan əvvəl İranın Cenevrədəki BMT ofisindəki baş diplomatı Əlirza Cirani Hokmabad və Avstriyadakı İran səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Derikvand da vəzifələrini tərk edərək İsveçrədə sığınacaq istəyiblər.

Daha əvvəl Donald Tramp dünya üzrə İran diplomatlarını hökumətdən uzaqlaşmağa və sığınacaq üçün müraciət etməyə çağırmışdı.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
3
azpost.info

4Mənbələr