AZ

İki İranlı diplomat xaricdə sığınacaq istədi

Ajans.az xəbər verir ki, “Iran International”ın məlumatına görə, sözügedən şəxslər Kopenhagendəki İran səfirliyinin diplomatı Əlirza Sohbəti və Kanberradakı səfirliyin əməkdaşı Məhəmməd Purnəcəfdir. 
Məlumata görə, Purnəcəf əvvəllər İranın Avstraliyadakı müvəqqəti işlər vəkili vəzifəsində də çalışıb. Qeyd olunur ki, oxşar hadisələr son siyasi hadisələr fonunda artıq baş verib. Bundan əvvəl İranın Cenevrədəki BMT-nin Avropa Ofisindəki baş diplomatı Əlirza Cirani Hokmabad və Avstriyadakı İran səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Derikvənd də vəzifələrindən istefa verərək İsveçrədən sığınacaq istəyiblər.

Donald Tramp daha əvvəl dünyanın hər yerindəki İran diplomatlarını hökumətdən uzaq durmağa və sığınacaq üçün müraciət etməyə çağırmışdı.

Seçilən
31
1
Ajans.az

3Mənbələr