AZ

ABŞ Avropadan Yaxın Şərqə hava hücumundan müdafiə sistemləri göndərir

ABŞ Yaxın Şərqdə mümkün əməliyyatlar fonunda Avropadan əlavə hava hücumundan müdafiə (HHM) vasitələri göndərir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, ABŞ generalı Aleksus Qrinkeviç Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı məlumat verib.

General bildirib ki, Yaxın Şərqdəki NATO müttəfiqlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi HHM vasitələrindən istifadə olunub.

“Mən NATO müttəfiqlərini qorumaq üçün bizim bəzi hava hücumundan müdafiə vasitələrimizi Yaxın Şərqdə və ya onun yaxınlığında – Şərqi Aralıq dənizi bölgəsində yerləşdirmişəm”, – deyə Qrinkeviç qeyd edib.

O, əlavə HHM sistemlərinin digər əməliyyat zonalarından Yaxın Şərqə göndərilib-göndərilmədiyi ilə bağlı suala da müsbət cavab verib.

“Bəli, bu doğrudur”, – deyə amerikalı general bildirib.

Qrinkeviç bölgəyə göndərilən HHM komplekslərinin sayı barədə isə konkret məlumat açıqlamayıb.

General həmçinin qeyd edib ki, ABŞ Avropadan bir piyada briqadasını çıxarıb, lakin ümumilikdə regiondakı hərbi kontingentin sayı dəyişməz saxlanılır.

Sara
NOCOMMENT.az

Seçilən
92
15
nocomment.az

10Mənbələr