AZ

Xameneinin həyat yoldaşı SAĞDIR

İranın mərhum Ali Lideri Əli Xameneinin həyat yoldaşı ilə bağlı yayılan ölüm xəbərlərinin doğru olmadığı bildirilir.

NOCOMMENT.az xəbər verir ki, İranın “Fars” agentliyi Məsnure Xocəstə Baqerzadenin sağ olduğunu və onun ölümü ilə bağlı yayılan məlumatların yanlış olduğunu açıqlayıb.

Agentliyin yaydığı məlumatda qeyd olunub ki, əvvəllər onun həyatını itirməsi ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb.

Xatırladaq ki, bundan əvvəl “Al Alam” telekanalı Əli Xameneinin həyat yoldaşı Məsnure Xocəstə Baqerzadenin yaralandıqdan bir neçə gün sonra vəfat etdiyini iddia etmişdi. Müxalif “Iran International” telekanalı isə qadının komada olduğunu bildirmişdi.

Aliyə
NOCOMMENT.az

Seçilən
30
nocomment.az

1Mənbələr