AZ

İran XİN: ABŞ-ın Yaxın Şərqdəki hərbi infrastrukturu regionu qeyri-sabitləşdirir

İran

ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının mövcudluğu bütün regionda qeyri-sabitliyə səbəb olur.

Xalqcebhesi.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.

Mehr xəbər agentliyi onun sözlərini sitat gətirib: "ABŞ-ın bu ölkələrdəki hərbi mövcudluğu nəinki təhlükəsizliyi təmin etmir, həm də qeyri-sabitlik faktoruna çevrilir və müsəlman ölkələrinin ərazisindən başqa bir müsəlman ölkəsinə hücum etmək üçün istifadə etmək tamamilə haqsızdır".

Məryəm Quliyeva

Seçilən
66
1
xalqcebhesi.az

2Mənbələr