"Karvan Agro" MMC-nin İran İslam Respublikasından idxal etdiyi (istehsalçısı "Sajad Babaiee") ümumi çəkisi 21 200 kq portağal məhsulundan nümunələr götürülüb.
Medicina.az xəbər verir ki,laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna "Sajad Babaiee" istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Medicina.az