AZ

2030-cu ildə e-ticarət əməliyyatlarının 64%-nin mobil cihazlar vasitəsilə icra olunacağı proqnozlaşdırılır

Bakı. Trend:

“McKinsey” təşkilatının araşdırmalarına əsasən, qlobal səviyyədə2025-ci il ərzində 2 kvadrilyon ABŞ dolları həcmində 3.6 trilyonədəd ödəniş əməliyyatı emal olunub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ildə dərc olunmuş “Beynəlxalq ödənişlərhesabatı”na əsasən, 2024-cü ildə qlobal elektron ticarətəməliyyatlarının həcmi 6.8 trilyon ABŞ dolları təşkil etdiyi halda,2030-cu ildə müvafiq göstərici 10.8 trilyon ABŞ dollarınayüksələcək.

Eyni zamanda bildirilib ki, 2024-cü il ərzində qlobal miqyasdaelektron ticarət əməliyyatlarının 57%-i mobil cihazlar vasitəsiləicra olunduğu halda, 2030-cu ildə elektron ticarət əməliyyatlarının64%-nin mobil cihazlar vasitəsilə icra olunacağıproqnozlaşdırılır.

Məqalədə:
Seçilən
42
az.trend.az

1Mənbələr