AZ

YAP İdarə Heyətinin iclası keçirilib, maliyyə hesabatı təsdiqlənib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-dan APA-ya verilən xəbərə görə, iclasın müzakirəsinə YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təqdim olunub.

Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərək maliyyə hesabatının mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mükəmməl səviyyədə hazırlandığını, partiyanın hesabat dövrü üçün maliyyə vəziyyətini və maliyyə fəaliyyətinin nəticələrini tam əks etdirdiyini vurğulayıb.

Sonra 2025-ci il üzrə maliyyə hesabatı İdarə Heyətinin üzvləri tərəfindən təsdiq edilib.

Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

Seçilən
91
9
apa.az

10Mənbələr