AZ

Hazırda Azərbaycan və Ermənistan gələcək sülh gündəliyinin parametrləri üzərində işləyir - Hikmət Hacıyev

Bakı.Trend:

Regional səviyyədə Azərbaycan Türk Dövlətləri Təşkilatında dafəal rol oynayır və bu qurumun institusional inkişafına töhfəverir.

Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsininmüdiri Hikmət Hacıyev bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində“Multilateralizmin böhranı: Qlobal əməkdaşlığa yenidən baxış” adlıpaneldə deyib.

“Bu yaxınlarda Azərbaycan D8 təşkilatına da qoşulub və biz butəşkilatın daha da institusionallaşmasını və funksionallığınınartmasını dəstəkləyirik.

Bundan əlavə, bəzən görürük ki, BMT sisteminə daxil olanqurumlar əməkdaşlıq etmək əvəzinə bir biri ilə rəqabət aparır.Məhdud resurslardan səmərəli istifadə etmək əvəzinə, bu institutlararasında rəqabət yaranır. Belə bir şəraitdə bəzi multilateralinstitutların çevik olmamasını görərək Azərbaycan kimi ölkələr ortagüc konsepsiyasına yönəlir. Orta güc konsepsiyası vəmultilateralizm bizim üçün nə deməkdir? Bu o deməkdir ki, yalnızmultilateral institutların qərar verməsini gözləmək əvəzinətəşəbbüsü öz əlimizə alırıq və eyni düşüncəyə malik ölkələrimüəyyən mövzular ətrafında bir araya gətiririk ki, real dəyişiklikedə bilək. Burada iki konsepsiya ön plana çıxır: “istəkli ölkələrinkoalisiyası” və “dəyişkən geometriya”. Bu yanaşmada coğrafiya oqədər də əhəmiyyət daşımır. Məsələn, Azərbaycan, Avstraliya vəTürkiyə müəyyən məsələlər üzrə birlikdə işləyə bilər”.

H.Hacıyev bildirib ki, hazırda biz COP gündəliyi çərçivəsindəəməkdaşlıq edir və növbəti COP-un gündəliyinə necə daha effektivtöhfə verə biləcəyimizi müzakirə edirik. Eyni zamanda Efiopiya iləiqlim diplomatiyası sahəsində əməkdaşlıq edirik.

“Bu isə göstərir ki, dəyişkən diplomatiya və dəyişkən geometriyamühüm rol oynayır. Eyni düşüncəyə malik ölkələr bir araya gəldikdəregionun formalaşmasına töhfə verə bilirlər. Bu yanaşmaregionumuzda sülh və təhlükəsizlik gündəliyi üçün dəkeçərlidir.

Prezidentimizin də qeyd etdiyi kimi, biz multilateralinstitutların gəlib problemlərimizi həll etməsini gözləmədik.Müstəqilliyimizin ilk illərində müəyyən məsuliyyəti beynəlxalqinstitutlara, o cümlədən ATƏT-ə həvalə etmişdik.

Lakin etiraf etməliyik ki, ATƏT də sülh və təhlükəsizlikbaxımından Avro Atlantik məkanında uğursuz layihələrdən biri oldu.Xüsusilə də ATƏT-in Minsk qrupu bizim vəziyyətimizdə tam diplomatikuğursuzluğa çevrildi.

Buna baxmayaraq Azərbaycan sülh və təhlükəsizliyin təminolunması üzrə unikal model təqdim etdi. Biz uzun müddət davam edənmünaqişəni hərbi siyasi vasitələrlə həll etdik”.

H.Hacıyev vurğulayıb ki, hazırda bölgədə real sülh mövcuddur vəhəm Ermənistan, həm də Azərbaycan gələcək sülh gündəliyininparametrləri üzərində işləyir.

“Regionumuzda enerji təhlükəsizliyi də multilateraldiplomatiyanın uğurlu nümunəsidir. Xəzərdən Adriatik dənizinə qədəruzanan marşrut boyunca bir çox ölkələr bir araya gəldi və hamı üçünfaydalı olan layihələr həyata keçirildi.

Digər bir nümunə isə Mərkəzi Asiya ilə Azərbaycan arasındaəməkdaşlıqdır. Keçən il Azərbaycan Mərkəzi Asiya MəsləhətləşməForumuna tamhüquqlu üzv kimi qəbul olunub. Bu da eyni ölçüdə vəeyni düşüncəyə malik ölkələrin bir araya gələrək həm regional, həmdə qlobal gündəliyin formalaşdırılmasına töhfə verə biləcəyinigöstərir”.

Seçilən
85
2
az.trend.az

3Mənbələr