BAKI, 12 mart. TELEQRAF
Biz Qoşulmama Hərəkatına qoşulanda tənqid olunduq, ki, bu köhnəlib. Amma Azərbaycanın iştirakı ilə regionlar arasında əməkdaşlıq sürətlə inkişaf edir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
“COP29 bizim üçün yeni çağırış idi və burada mühüm qərarlar qəbul olundu. Azərbaycan Türk Dövlətıəri Təşkilatənda həm quruculuqda, həm də təşkilatların genişlənməsində fəal rol oynayır. Biz böyük səkkizlik (G8) təşkilatında iştirak edirik.
İkili standartların qaydalarının fərqli şəkildə tətbiqi çox tərəfli təşkilatlarda tənqid olunur. Təşkilatlar bir-biri ilə əməkdaşlıq etməkdənsə, bəzən rəqabət aparırlar. Beynəlxalq təşkilatların uyğunlaşa bilməməsi bu problemi daha da artırır”,- o vurğulayıb.