AZ

BEA: Yaxın Şərqdəki müharibə bu ay qlobal tədarükün ümumilikdə 250 milyon barel azalmasına səbəb olacaq

BAKI, 12 mart. TELEQRAF

Beynəlxalq Enerji Agentliyinin (BEA) dərc etdiyi aylıq hesabatda Yaxın Şərqdəki müharibənin qlobal neft bazarı tarixində "ən böyük təchizat fasiləsi" yaratdığı vurğulanıb.

Teleqraf xəbər verir ki, agentlikHörmüz boğazının bağlanması səbəbindən qlobal neft tədarükünün bu ay gündəlik 8 milyon barel azalacağını proqnozlaşdırır.

BEA-nın məlumatlarına görə, Körfəzdəki istehsalçılar logistika çətinlikləri səbəbindən hasilatı gündəlik azaltmaq məcburiyyətində qalıblar.

Qurumun rəhbəri Fatih Birol bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatına üzv ölkələr bazardakı xaosu yatırmaq üçün fövqəladə ehtiyatlardan ümumilikdə 400 milyon barel istifadə qərarına gəliblər.

Yaxın Şərqdəki itkilər OPEC-ə üzv olmayan istehsalçılar tərəfindən qismən kompensasiya olunur. Beynəlxalq Enerji Agentliyinin hesabatında bildirilir ki, ABŞ, Kanada, Qayana və Braziliyada, eləcə də OPEC+ üzvləri olan Qazaxıstan və Rusiyada hasilat artımları ilə təchizat şokunun təsirini bir qədər azaldıblar.

Seçilən
30
teleqraf.com

1Mənbələr