AZ

Sanksiyalar fiaskoya uğradı: Ağ Ev və Kreml gizli enerji danışıqlarına başladı

ABŞ-ın Florida ştatında Ağ Ev və Kreml nümayəndə heyətləri arasında görüş keçirilib.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov sosial media hesabında yazıb. 

Onun sözlərinə görə, görüşdə Amerika tərəfini Prezident Donald Trampın kürəkəni Kuşner, Uitkoff və Ağ Evin baş müşaviri Coş Qruenbaum təmsil edib. Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin xüsusi elçisi Kirill Dmitriev rəhbərlik edib.
"Komandalar müxtəlif mövzuları müzakirə ediblər və əlaqə saxlamağa razılaşıblar", - Uitkov qeyd edib.

Dmitriev isə Telegram kanalında yazıb ki,  görüşdə həm Rusiya-Amerika münasibətlərinin bərpasına kömək edə biləcək perspektivli layihələri, həm də qlobal enerji bazarlarındakı mövcud böhranı müzakirə edilib.

 “Bu gün bir çox ölkələr, ilk növbədə ABŞ, qlobal iqtisadi sabitliyin təmin edilməsində Rusiya neft və qazının əsas, sistem yaradan rolunu, eləcə də Rusiyaya qarşı sanksiyaların səmərəsizliyini və dağıdıcı təbiətini daha yaxşı başa düşməyə başlayır”, - Dimitriev qeyd edib

Mürtəza

Seçilən
49
1
olke.az

2Mənbələr