AZ

BMT və onun Təhlükəsizlik Şurasının yenidən təşkili tələb olunur - Norveçin keçmiş baş naziri

Bakı. Trend:

BMT-nin və BMT Təhlükəsizlik Şurasının yenidən təşkilinə ehtiyacvar.

Trend xəbər verirki, bunu bu gün Norveçin keçmiş baş naziri Kyell Maqne Bunnevik“Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradanqaldırılması”mövuzunda 13-cü Qlobal Bakı Forumunda bildirib.

“Biz yeni beynəlxalq nizamla, daha doğrusu, hazırda beynəlxalqarenada hökm sürən xaosla üz-üzəyik. Hazırda beynəlxalq nizamsızlıqmövcuddur. Beynəlxalq nizam artıq yoxdur. Vəziyyət belədir və bu,çox təhlükəlidir. İkinci Dünya müharibəsindən sonra biz yenibeynəlxalq nizam yaratdıq, BMT-ni və onun bir sıra qurumlarınıtəsis etdik”, – deyə o bildirib.

Norveçin keçmiş baş naziri hazırda Birləşmiş MillətlərTəşkilatının zəiflədiyini bildirib.

“Yeni və dayanıqlı beynəlxalq nizamın yaradılması bu günün əsasvəzifəsidir. Hesab edirəm ki, gələcəkdə regional təşkilatlar dahamühüm rol oynayacaq. Xüsusilə təhlükəsizlik məsələlərində qlobaldeyil, regional qurumlar ön plana çıxacaq. Biz gələcəkdə dahakiçik, lakin ümid edirəm ki, daha səmərəli BMT-yə hazırolmalıyıq”.

Onun sözlərinə görə, dayanıqlı inkişaf, yeni beynəlxalq nizam vəədalətli qüvvələr balansı BMT-nin və BMT Təhlükəsizlik Şurasınınyenidən təşkilini tələb edir.

Məqalədə:
Seçilən
83
az.trend.az

1Mənbələr