AZ

2022-ci ilin oktyabr ayından bəri 25.000-dən çox ukraynalı hərbçi Almaniyada təlim keçib

2022-ci ilin oktyabr ayından bəri 25.000-dən çox ukraynalı hərbçi Almaniyada təlim keçib. Bu barədə DPA xəbər agentliyi Bundesver sözçüsünə istinadən məlumat verib.

Sözçünün sözlərinə görə, AB təlim missiyasının (EUMAM) bir hissəsi olaraq təxminən 50 təlim mərkəzində 100-dən çox təlim missiyası keçirilib. Hazırda Bundesver Saksoniya-Anhaltdakı hərbi təlim poliqonunda ukraynalılara Leopard 1A5 əsas döyüş tanklarını və Biber zirehli körpücüklərini idarə etməyi öyrədir.

Almaniyaya gələn Ukrayna qoşunlarının təlimi Çoxmillətli Xüsusi Təlim Komandanlığı (STC) tərəfindən əlaqələndirilir. DPA-nın məlumatına görə, Ukrayna Silahlı Qüvvələri ilə birbaşa əməkdaşlıq yolu ilə mövcud ehtiyaclar müəyyən edilir və daha sonra təlim prosesini təhlil etmək, planlaşdırmaq və həyata keçirmək üçün istifadə olunur.

DPA-nın məlumatına görə, daha əvvəl Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius Almaniyanın 24 fevral 2022-ci ildən bəri Ukraynaya təxminən 39 milyard avro humanitar yardım və 55 milyard avro hərbi yardım göstərdiyini açıqlamışdı.

Əziz Mustafa

Seçilən
60
oxumeni.az

1Mənbələr