AZ

Xocalı qatili Rusiyaya birləşməyə ÇAĞIRDI – ŞOK plan

Xocalı qatili, ləğv edilmiş separatçı rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan gərgin regional vəziyyət fonunda Ermənistanın Rusiya ilə İttifaq Dövlətində birləşməli olduğunui deyib. “Ermənistan Rusiya ilə çox yaxşı münasibətlər saxlamalı və “İttifaq Dövləti”nin bir hissəsi olmalıdır. İndi buna hansı adı verəcəklərini bilmirəm, amma Sovet İttifaqında olduğu kimi olmalıdır”.

Vitali

Qeyd edək ki, Rusiyadan vaxtaşırı postsovet ölkələrinin, o cümlədən Ermənistanın dövlət müstəqilliyinə son qoymağa çağıran fikirlər səsləndirilir.

NOCOMMENT.az xəbər verir ki, siyasi analitiklər və hüquq ekspertləri bildirir ki, Vitali Balasanyanın son açıqlamaları ölkənin dövlət müstəqilliyi ilə bağlı son dərəcə təhlükəli mövqedir. Balasanyanın Ermənistanın Rusiya ilə SSRİ-yə bənzər “İttifaq Dövləti” formatında birləşməli olduğunu deməsi əslində Ermənistanın suverenliyindən könüllü şəkildə imtina etməyi təklif etmək deməkdir.

Bu cür fikir yalnız siyasi mövqe deyil, eyni zamanda dövlət müstəqilliyi ideyasına açıq meydan oxuma kimi qiymətləndirilir.Balasanyanın söylədikləri göstərir ki, Ermənistan daxilində hələ də ölkənin müstəqil dövlət kimi mövcudluğunu dəyər saymayan, onu böyük güclərin siyasi orbitinə qaytarmaq istəyən dairələr mövcuddur. Ermənistanın Rusiya ilə “İttifaq Dövləti”nə daxil olması faktiki olaraq dövlət atributlarının, müstəqil xarici siyasətin, təhlükəsizlik qərarlarının və iqtisadi suverenliyin böyük hissəsinin Moskvaya verilməsi deməkdir. Bu isə Ermənistanın müstəqil dövlət kimi mövcudluğunu formal xarakterə çevirə bilər. Təsadüfi deyil ki, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin də bundan əvvəl Ermənistanın Rusiyaya inteqrasiya etməli olduğunu açıq şəkildə dilə gətirmişdi. Bu cür çağırışlar postsovet məkanında Rusiyanın təsir dairəsini genişləndirmək istəyinin ideoloji əsaslandırması cəhdidir. Balasanyanın bu mövqeyi isə həmin imperial yanaşmanın Ermənistan daxilindəki siyasi tərəfdarlarının olduğunu göstərir.

Bu cür açıqlamalar Ermənistanın Konstitusiyası ilə də ziddiyyət təşkil edir və əslində buna görə Balasanyana cinayət işi açılmalıdır.

Çünki faktiki olaraq ölkənin müstəqilliyi və konstitusiya quruluşu əleyhinə çağırışlar edir. Ermənistan Konstitusiyası ölkənin suveren, demokratik və hüquqi dövlət olduğunu təsbit edir və dövlət müstəqilliyini əsas dəyər kimi müəyyənləşdirir. Hər hansı siyasətçinin Ermənistanın başqa dövlətlə faktiki birləşməsini və ya suverenlikdən imtina etməsini təşviq etməsi bu prinsiplərin ruhuna açıq ziddir. Bu baxımdan Balasanyanın fikirləri sadəcə geosiyasi seçim təklifi deyil, Ermənistanın dövlət müstəqilliyini qurban vermək ideyasının təbliğidir. Belə yanaşma isə ölkənin suverenliyini və gələcəyini başqa dövlətin siyasi iradəsinə tabe etmək anlamına gəlir. Bu isə ağır cinayətlər kateqoriyasına aid hərəkətdir. Ermənistanın hakimiyyətinin, xüsusilə Nikol Paşinyanın Vitali Balasanyanı bu hərəkətinə necə reaksiya verəcəyi isə yəqin ki, yaxınlarda məlum olacaq.//Musavat.com

Seçilən
82
1
nocomment.az

2Mənbələr