AZ

​Pərəstişkarları Seda Sayanı tanımadı -

Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan sosial şəbəkədə paylaşdığı son fotosu ilə gündəmə gəlib. 63 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilərin diqqətindən yayınmayıb.
Metbuat.az xəbər verir ki, jurnalist Cengiz Semercioğlu ilə birlikdə çəkilən fotosunu paylaşan məşhur qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. Pərəstişkarları onun görünüşünü bəyəndiklərini və “çox gənc göründüyünü” yazıblar.Amma Sayanı ilk baxışda tanımağa çətinlik çəkənlər də olub. Fotodakı dəyişikliklə bağlı “yenə estetik əməliyyat?” sualını verənlər də tapılıb.

Paylaşım qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

Seçilən
54
metbuat.az

1Mənbələr