AZ

Zelenski Aİ-ni Macarıstanın vetosunu aşmaq üçün “B planı” hazırlamağaÇAĞIRDI

Ukrayna Prezidenti Volodymyr Zelenskyy Avropa İttifaqını Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq kreditlə bağlı Macarıstanın vetosunu aşmaq üçün alternativ plan hazırlamağa çağırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə Politico nəşrinə müsahibəsində danışıb.

Zelenski bildirib ki, European Union və Ukrayna üçün “B planı” zəruridir. Onun sözlərinə görə, Macarıstan bu məsələdə şantaj siyasəti aparır.

Prezident vurğulayıb ki, Avropa tərəfdaşları Ukraynanın yalnız öz dəyərlərini deyil, həm də bütün Avropanın azadlığını müdafiə etdiyini anlayırlar.

Zelenski həmçinin Macarıstanın baş naziri Viktor Orbán barədə danışaraq, onunla münasibətlərdə “diplomatik sükutun” effektiv olmadığını deyib. Ukrayna lideri Orbánı Rusiya Prezidenti Vladimir Putinin strateji tərəfdaşı və müttəfiqi olmaqda ittiham edib.

Onun sözlərinə görə, Macarıstan Ukraynaya qarşı bir çox qərarları bloklayır və Rusiyanın yaydığı narrativləri təkrarlayır.

Nuriyyə NATİQQIZI

Seçilən
44
1
redaktor.az

2Mənbələr