AZ

Qlobal Bakı Forumunda təhlükəsizlik və enerji məsələləri müzakirə ediləcək - Bolqarıstanın keçmiş baş naziri

Bakı. Trend:

Qlobal Bakı Forumunda təhlükəsizlik və enerji məsələlərimüzakirə olunacaq.

Trend xəbər verirki, bunu bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində Bolqarıstanınkeçmiş baş naziri Kiril Petkov jurnalistlərə açıqlamasındabildirib.

"Bolqarıstan Azərbaycanın dostudur. Mən qarşıdakı bir neçə günərzində çox məhsuldar görüşlərin keçiriləcəyinə ümidvaram. Həmingörüşlərin gedişində son zamanlar son dərəcə böyük əhəmiyyət kəsbedən təhlükəsizlik və enerji ilə bağlı məsələlər müzakirəediləcək", - deyə o bildirib.

Sabiq baş nazirin sözlərinə əsasən, indi region və bütövlükdədünya üçün çox vacib bir dövrdür və bu eyni zamanda maraqlıtərəflər arasında fikir mübadiləsi üçün də önəmlidir.

Petkov forumun yüksək səviyyədə təşkil olunduğunuvurğulayıb.

Seçilən
59
1
az.trend.az

2Mənbələr