AZ

"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə də 4 matç keçirilib.

"Arsenal" Almaniyada "Bayer"in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb. "Sportinq" səfərdə turnirin sürpriz komandası "Bodo-Qlimt"lə qarşılaşıb. Norveç klubu 3 cavabsız qolla bu dəfə də təəccübləndirməyi bacarıb. PSJ və "Çelsi" Fransada üz-üzə gəlib. Meydan sahibləri rəqibini 5:2 hesabı ilə üstələyib.

Madriddə isə "Real" "Mançester Siti" ilə qarşılaşıb. İspaniya klubu Federiko Valverdenin het-triki ilə qalib gəlib - 3:0.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

11 mart

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Arsenal" (İngiltərə) - 1:1

00:00. "Bodo-Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya) - 3:0

00:00. PSJ (Fransa) - "Çelsi" (İngiltərə) - 5:2

00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:0

10 mart

"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) - 1:0

"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:6

"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:1

"Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 5:2

Seçilən
84
2
teleqraf.com

10Mənbələr