AZ

Dolayı yolla müharibəyə bir ölkə də qatıldı

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ və İsrail İrana hücumlarını davam etdirərkən, Avropa Birliyinin (AB) üzvü olan Rumıniyadan diqqətçəkən bir addım atılıb.

Turkustan.az xəbər verir ki, Rumıniya Prezidenti Nikuşor Danın müraciəti əsasında parlament ABŞ-ın ölkənin Qara dəniz sahilində, Konstansa yaxınlığında yerləşən Mixail Koqalniçeanu hava bazasına və ölkənin mərkəzindəki Kampiya Turzii hava bazasına qoşun və qırıcı təyyarələr yerləşdirmək tələbini müzakirə edib.

Səs çoxluğu ilə qəbul edilən qərara əsasən, ABŞ-ın Rumıniyadakı bu bazalara əlavə qoşun və hərbi texnika yerləşdirməsinə icazə verilir.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
icma.az

2Mənbələr