AZ

Bakı küçələrində “Hyundai”la “şou” göstərən sürücü 90 VK 085 VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 90-VK-085 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən təhlükəli manevrlər edərək “şou” nümayiş etdirib. Kadrlardan görünür ki, sürücü olduğu zolaqdan dəfələrlə sola çıxaraq manevrlər edir, sonra isə yenidən öz zolağına qayıdır.

Görüntülərdən aydın olur ki, həmin an sol zolaqda hərəkət edən başqa bir avtomobil sürücünün təhlükəli davranışını lentə alıb.

Qeyd edək ki, sürücünün bu cür hərəkəti yolda təhlükəsizliyi ciddi risk altına alır və qəza şəraiti yarada bilər.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
avtosfer.az

1Mənbələr