AZ

Yeni diaqnostika üsulları vərəmlə mübarizədə nəticələri yaxşılaşdırır? - Səhiyyə Nazirliyinin institut direktoru açıqlayıb

Bakı. Trend:

Hazırda Azərbaycanda vərəm xəstəliyinin aşkarlanması üçün ənmüasir laborator və molekulyar diaqnostika üsullarından istifadəolunur. O cümlədən, sürətli molekulyar testlər vasitəsilə həm vərəmbakteriyasını, həm də dərmanlara davamlılıq hallarını qısa müddətdəmüəyyən etmək mümkündür.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə NazirliyiElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradəAxundova açıqlayıb.

Onun sözlərinə görə bu xəstələrə daha düzgün və fərdi müalicəsxemlərinin seçilməsinə imkan yaradır:

“Artıq statistik göstəricilərdə müsbət dəyişikliklər qeydolunur. Azərbaycanda vərəmlə xəstələnmə dinamikası (100.000əhaliyə): 2015 ildə bu göstərici 41.1 olan halda, 2025 ildə - 21,5qeyd olunub. Xəstələrin 2/3 hissəsi kişi, 1/3 hissəsi qadındır.Azərbaycanda ilkin ağciyər vərəmli xəstələr arasında TDM-nin(Turşuya Davamlı Mikobakteriya – Vərəm Mikobakteriyası) aşkarolunması dinamikası: 2015 ildə 53% aşkarlanma olduğu halda, 2025ildə bu göstərici 86% çatıb. Həm həssas, həm də Dərmanlara DavamlıXəstələrin müalicə göstəriciləri daha yüksək olub. Uşaq vəyeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləriləri əhəmiyyətlidərəcədə yaxşılaşıb. Əgər 2015 ildə ölkədə 369 uşaq və yeniyetməvərəm ilə xəstəlinmişdisə, 2025 ildə xəstələnən uşaq vəyeniyetmələrin sayı 198 olub. Hətta 2024 il üçün bu göstərici 278idi, bu da əhəmmiyətli dəyişiklik olduğunun sübutudur.

İradə Axundova qeyd edib ki, ən vacib məqamlardan biri də ondanibarətdir ki, Azərbaycanda vərəmin diaqnostikası və müalicəsidövlət tərəfindən təşkil olunur və vətəndaşlar üçün tamamiləpulsuzdur:

“Xəstələr dərman preparatları, laborator müayinələr və zəruritibbi xidmətlərlə təmin olunurlar. Ölkəmizdə vərəmlə mübarizədövlət səhiyyə siyasətinin prioritet istiqamətlərindən biridir. Sonillərdə yeni nəsil dərman preparatlarının tətbiqi nəticəsindəxüsusilə dərmana davamlı vərəm formalarının müalicəsində dahayüksək nəticələr əldə edilir və bəzi hallarda müalicə müddətiniqısaltmaq mümkün olur. Səhiyyə Nazirliyi vərəmlə mübarizə sahəsindəstrateji planlaşdırma, metodiki rəhbərlik və profilaktiktədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda,əhalinin maarifləndirilməsi, erkən diaqnostikanın təşviqivasitəsilə vərəmlə mübarizə tədbirləri davamlı şəkildəgücləndirilir. Ümumilikdə məqsədimiz yalnız xəstəliyin müalicəsideyil, həm də erkən aşkarlanma, profilaktika və cəmiyyətinməlumatlandırılması yolu ilə vərəmin yayılmasının qarşısınıalmaqdır”.

Seçilən
75
5
az.trend.az

6Mənbələr