AZ

Mətanət İsgəndərli: "Bədənşəkilləndirmə əməliyyatı etdirəcəyəm"

Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat etdirəcək.

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, mədəkiçiltmə əməliyyatından sonra yenidən kökəlib:

"Mədəkiçiltmə etdirdim, amma sonra kökəldim. İndi ciddi pəhrizə başladım. Gördüm kökəlmək çoxalır, qarşısını almalıyam. Düşünürəm ki, 5 kiloqram çəki atım, sonra bədənşəkilləndirmə əməliyyatı etdirəcəyəm".

Qeyd edək ki, M.İsgəndərli bir müddət əvvəl üzgərdirmə əməliyyatı da etdirib.

"Cebheinfo.az"

Seçilən
31
2
cebheinfo.az

4Mənbələr