AZ

II Qadın Liderləri Zirvəsində Azərbaycan Mədəniyyəti platformasının bədii çıxışı böyük maraqla qarşılanıb

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Facemark şirkətinin təşkilatçılığı ilə Gülüstan Sarayında keçirilən II Qadın Liderləri Zirvəsi müxtəlif sahələrdən olan güclü qadın liderləri bir araya gətirərək uğurla yekunlaşıb.Newscenter.az xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və ABB Bank-ın baş direktoru Aynur Süleymanlı iştirakçıları salamlayaraq qadın liderliyinin inkişafının vacibliyini vurğulayıblar. Daha sonra BigChefs brendinin təsisçisi Gamze Cizreli liderlik və sahibkarlıq mövzusunda çıxışı ilə tədbirə xüsusi dinamika qatıb.Zirvə çərçivəsində keçirilən panellərdə müxtəlif sahələrdən olan tanınmış spikerlər – o cümlədən Nigar Köçərli, Leyla Quliyeva, Yaylagül Ramazanova, İlahə Qazıyeva və Ayşən Aslan-Məmmədli qadınların uğur yolundan və liderlik təcrübələrindən bəhs ediblər.Tədbirin proqramında Azərbaycan Mədəniyyəti sosial platformasının təqdim etdiyi bədii hissə xüsusi diqqət çəkib. Platformanın hazırladığı bədii proqram milli mədəniyyətin zənginliyini və estetik dəyərlərini nümayiş etdirərək zirvənin ümumi atmosferinə xüsusi rəng qatıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.Beləliklə, II Qadın Liderləri Zirvəsi həm liderlik və təcrübə mübadiləsi, həm də mədəniyyət və yaradıcılığın vəhdət təşkil etdiyi nüfuzlu tədbir kimi yadda qalıb. Azərbaycan Mədəniyyəti sosial platformasının təqdim etdiyi bədii hissə isə tədbirin ən yaddaqalan məqamlarından biri olub.Tədbirin bədii hissəsində isə xüsusi mədəni dəyər yaradan Azərbaycan Mədəniyyəti Sosial Platforması oldu. Platformanın istedadlı gənc müğənni və xanəndələri-Aydan Süleymanzadə ,Fidan Süleymanzadə, Səma Vüqarlı, Səbinə Cəfərova Rəqsanə Əsədova və Rühəngiz Musayeva zəngin və peşəkar ifaları ilə tədbirə xüsusi ab-hava qatdılar. Instrumental ifaçılar-Rəsul Hacızadə, Səxavət Məmmədov və Loğman Məmmədov isə milli musiqimizin incəliyini və zənginliyini yüksək ustalıqla təqdim etdilər.Bir daha sübut olundu ki, Azərbaycan Mədəniyyəti Sosial Platforması ölkəmizdə keçirilən mötəbər forumlarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edir və milli dəyərlərimizi qürurla nümayiş etdirir.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
newscenter.az

2Mənbələr