Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.
Martın 11-nə keçən gecə İranın İsrail ərazisini və bölgədəki Amerika hərbi obyektlərini bombardman etməsi regionda münaqişənin eskalasiyası başlayandan bəri İslam Respublikasının ən irimiqyaslı hücumu olub.
Bakupost.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
"Bu gecə həyata keçirilən "Gerçək vəd - 4" əməliyyatının sonuncu - 37-ci dalğası İranın bölgədəki düşmən qüvvələrə və obyektlərə qarşı ən irimiqyaslı əməliyyatı olub", - televiziya qeyd edib.
Məlumata görə, raket və pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilən bir neçə hücum azı 3 saat çəkib.
Qeyd olunub ki, 37-ci dalğa zamanı "Xürrəmşəhr" raketlərindən istifadə edilib, Təl-Əviv yaxınlığındakı peyk rabitəsi mərkəzi, Hayfa və Qərbi Qüdsdəki İsrail hərbi obyektləri hücuma məruz qalıb. Bundan əlavə, bildirilib ki, ABŞ-ın çoxsaylı hədəfləri, o cümlədən İraqın Ərbil şəhərindəki və Küveytdəki Amerika bazaları bombardmana məruz qalıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sonuncu hücum dalğası zamanı 2 tonluq döyüş başlığına malik raketin buraxıldığını bəyan edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.