AZ

Sofra restoranında oğurluq

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən "Sofra” restoranında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, restorandan 1800 manat pul oğurlanıb. 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra oğurluqda şübhəli bilinən Müşfiq Quliyev (şərti) saxlanılıb. İlkin araşdırmalar zamanı onun Xırdalan şəhərində ümumi dəyəri 7450 manat olan 4 ədəd moped oğurladığı məlum olub. 

Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə mühakimə olunan Müşfiq Quliyev 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmə zamanı o verilmiş ittiham üzrə özünü təqsirli bilib. Müşfiq Quliyev bildirib ki, narkotik aludəçisi olduğu üçün pula ehtiyacı olub və bu baxımdan, oğurluq etmək qərarına gəlib. 

Seyid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
98
1
qaynarinfo.az

2Mənbələr