AZ

"Sofra" restoranında oğurluq

Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən "Sofra” restoranında oğurluq hadisəsi baş verib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, restorandan 1800 manat pul oğurlanıb.

 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra oğurluqda şübhəli bilinən Müşfiq Quliyev (şərti) saxlanılıb. İlkin araşdırmalar zamanı onun Xırdalan şəhərində ümumi dəyəri 7450 manat olan 4 ədəd moped oğurladığı məlum olub.

 

Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə mühakimə olunan Müşfiq Quliyev 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkəmə zamanı o verilmiş ittiham üzrə özünü təqsirli bilib. Müşfiq Quliyev bildirib ki, narkotik aludəçisi olduğu üçün pula ehtiyacı olub və bu baxımdan, oğurluq etmək qərarına gəlib.

Tarix: 11 Mart 2026, 11:18   
Seçilən
100
1
pravda.az

2Mənbələr