AZ

Yuxuda boşluğa düşmə hissinin əsas səbəbləri Həkimdən maraqlı açıqlama

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsan yuxuya getdiyi anlarda bəzən ətraflarının titrədiyini və ya qəflətən boşluğa yıxıldığını hiss edərək diksinib oyanır. Bəs elmi dildə "hipnik səksənmə" adlanan bu vəziyyət hansı səbəbdən baş verir?

Oxu.Az xəbər verir ki, bu barədə ümumi praktika həkimi Əmir Xan "Mirror" nəşrinə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, insan yuxuya getdikdə əzələləri sürətlə boşalır. Bəzən beyin bu qəfil boşalmanı bədənin həqiqətən də yıxılması kimi qeydə alır:

"Bu, beynin vəziyyəti yanlış şərh etməsidir. Beyin bədəni "xilas etmək" üçün ona təcili elektrik siqnalı göndərir ki, sizi tutsun. Nəticədə əzələlər qısalır və siz diksinərək oyanırsınız. Bəzi elm adamları bunun ibtidai dövrlərdən qalan, sağ qalmaq üçün qədim bir refleks olduğunu hesab edirlər".

Əmir Xan bildirib ki, bu hisslər tamamilə zərərsizdir və hər hansı xəstəlik əlaməti deyil. Lakin "yıxılma hissi"nin daha tez-tez baş verməsinə səbəb olan üç əsas amil var:

- Hədsiz fiziki və ya zehni yorğunluq;

- Yüksək stres və həyəcan;

- Axşam saatlarında kofeinli içkilərin (qəhvə, çay və s.) qəbulu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
oxu.az

1Mənbələr