AZ

Tehranda hökumət hədəflərinə zərbələr endirildi

İsrail Hərbi Hava Qüvvələri Tehrana yeni aviazərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

"The Times of Israel" nəşrinin hərbi mənbələrə istinadla verdiyi məlumata görə, zərbələr birbaşa İran rejiminin infrastruktur obyektlərini hədəf alıb.

BBC-nin məlumatında isə qeyd olunub ki, Tehrandakı partlayış səsləri ABŞ-ın müdafiə naziri Heqsetin bəyanatından sonra eşidilməyə başlayıb. Nazir öz açıqlamasında bu günün İran üzərinə endirilən aviazərbələrin "ən intensiv" günü olacağını bildirmişdi.

Seçilən
84
50
publika.az

10Mənbələr