AZ

İran regionu alova bürüdü: 7 ölkəyə eyni anda hücum edildi

İran bir neçə ölkəyə və İsrailə kütləvi hücum həyata keçirib

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Son bir neçə dəqiqə ərzində İran tərəfindən Yaxın Şərqin bir sıra dövlətlərinə və İsrailə qarşı genişmiqyaslı hərbi hücumlar başladılıb. Məlumata görə, hücumlar eyni vaxtda Qətər, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı, habelə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərini hədəf alıb.

Eyni zamanda İsrail ərazisinə də intensiv zərbələrin endirildiyi bildirilir. Hücumların raket və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi ehtimal olunur.

Hazırda hadisənin təfərrüatları, dağıntılar və mümkün tələfat barədə məlumatlar dəqiqləşdirilir. Regionda hərbi gərginlik ən yüksək həddə çatıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
51
interpress.az

1Mənbələr