AZ

“River Pleyt” uğursuz seriyalara son qoydu - İCMAL

Argentina çempionatının Apertura (açılış) mərhələsində fevralın son, martın ilk günlərində 7-ci və 8-ci turların oyunları keçirildi. İki turun nəticələrindən sonra qrupların ən yüksək pillələrində vəziyyət dəyişmədi.

"Football-plus.az" xəbər verir ki, A qrupunda 4-cü turdan sonra vahid liderliyi ələ alan “Veles Sarsfild” uğurlu oyunlar seriyasını davam etdirdi. Gilyermo Barros Skelottonun komandası iki oyunda hesabına 4 xal yazdı. Evdə “Deportivo Riestra” ilə qolsuz heç-heçəyə razılaşan “Veles” səfərdə ötən mövsümün Klausura (bağlanış) mərhələsinin çempionu olan La Plata “Estudiantes”inə minimal hesabla qalib gəldi. Bu nəticələr Skelottonun komandasının 1-ci yerdə qalmasını təmin etdi. İki tur əvvəl 2-ci yerdə olan “Estudiantes” isə səfərdə “Nyuellz Old Boyz”un qapısından iki cavabsız top keçirdi. Qeyd edək ki, son çempion bu nəticələri yeni baş məşqçinin rəhbərliyi altında qazandı. “Tələbələr”i 2023-cü ilin martından çalışdıran Eduardo Dominges fevralın sonunda Braziliyaya yollanıb. 47 yaşlı mütəxəssis “Atletiko Mineyro” ilə ikiillik müqavilə bağlayıb. Onun yerini tutan 47 yaşlı uruqvaylı Aleksander Medinanın imzaladığı müqavilənin müddəti isə bu ilin sonunadək nəzərdə tutulub. “Estudiantes” son nəticələrdən sonra liderdən 3 xal geri qalır.

A qrupunda 6-cı turdan sonra 3-cü yerdə olan “Platense” iki oyuna elə bu qədər xal qazandı. Nəticədə 5-ci yerə düşdü. Ona görə ki, “Union” ilə “İndependyente” son turlarda uyğun olaraq 6 və 4 xal yığaraq 3-4-cü yerlərə sahib çıxdılar.

Nəticələri bu qrupda əksini tapan “Boka Xuniors” qeyri-sabit çıxışını davam etdirir. Amma ölkə nəhənginin bir həftə ərzindəki nəticələrini uğurlu saymaq olar. Səfərdə “Lanus”a 3:0 hesabıyla qalib gələn Klaudio Ubedanın komandası evdə Mendosa “Ximnasiya”sı ilə qollu “sülh”ə (1:1) razılaşdı. Son 5 oyunda yalnız 6 xal qazanan “Boka” A qrupunda 6-cı yerdədi.

B qrupunda 6-cı turdan sonra 15 xalla lider olan “İndependyente Rivadaviya” iki oyuna 2 xal qazandı. Səfərdə “Rasinq”, evdə “River Pleyt” ilə 1:1 hesablı heç-heçələr Alfredo Bertinin komandasının mövqeyinə təsir etmədi.

Çünki liderin əsas izləyicisi “Tiqre” iki oyunda hesabına minimum xal yaza bildi. Səfərdə “Barrakas Sentral”a 1:2 hesabıyla uduzan “pələnglər” evdə “Ximnasiya” (LP) ilə məhsuldar heç-heçəyə (2:2) razılaşdılar. Bu nəticələr Dieqo Dabovenin komandasının 2-ci pillədə qalması üçün kifayət etdi, bu da var ki, “Tiqre” indi liderdən 1 yox, 2 xal geri qalır.

Bu qrupda iki tur əvvəl 3-cü yerdə olan “Belqrano” evdə “Atletiko Tukuman”a 3:1 hesabıyla qalib gələndən sonra səfərdə “Atletiko Urakan”a eyni hesabla uduzaraq mövqeyini qorudu.

Nəhayət, “River Pleyt” 3 oyunluq məğlubiyyət, 4 oyunluq qələbəsiz seriyalara son qoydu. Öz meydanında “Banfild”ə 3:1 hesabıyla qalib gələn Marselo Qalyardonun komandası səfərdə lider “İndependyente Rivadaviya”dan bir xal (1:1) aldı. Bu nəticələr ölkə nəhəngini B qrupunda üç pillə irəliləməklə 7-ci yerə yüksəltdi.

“Rasinq” də azarkeşlərini ümidləndirdi. Aperturanın ilk üç oyununda uduzan yeganə komanda olan vitse-çempion tədricən xal ehtiyatını artırmaqla turnir cədvəlindəki yerini də gücləndirir. Son iki turda 4 xal qazanan Qustavo Kostasın komandası B qrupunda 9-cu yerdən 6-ya qalxdı.

qrup mərhələsi, 7-ci tur
Veles Sarsfild - Deportivo Riestra 0:0
Nyuellz Old Boyz - Estudiantes LP 0:2
T.Palasios, 52. F.Peres, 81.
Platense - Defensa y Xustisiya 0:0
San Lorenso – İnstituto 1:1
Vyetto, 86 - D.Sosa, 38.
Sentral Kordoba - Talyeres de Kordoba 2:0
Barrera, 62. Santos, 73.
Rasinq - İndependyente Rivadaviya 1:1
Koneçni, 78 – M.Fernandes, 53.
Barrakas Sentral - Tiqre 2:1
Tobio, 51. Bruera, 54 – Russo, 22.
Belqrano - Atletiko Tukuman 3:1
Riqoni, 38. N.Fernandes, 53. Mavilya, 77 – M.Benites, 89-p.
Ximnasiya LP - Rosario Sentral 1:2
İ.Fernandes, 4 – E.Ximenes, 52. Avila, 75.
River Pleyt – Banfild 3:1
Martines Kuarta, 13. Driussi, 46. Freytas, 58 – M.Mendes, 45.
Ximnasiya M - İndependyente 1:1
S.Rodriges, 6 – Malkorra, 42.
Sarmyento - Union 1:3
Marabel, 56 - X.Palasios, 10. Kuelyo, 13. Tarraqona, 49.
Estudiantes RK - Atletiko Urakan 2:0
Bayamiç, 32. Alanis, 90+4.
Lanus - Boka Xuniors 0:3
Askasibar, 15. Merentyel, 30; 64.
“Aldosivi” - “Arxentinos Xuniors” oyunu martın 7-nə təxirə salınıb.

8-ci tur
Estudiantes LP - Veles Sarsfild 0:1
Monson, 58.
Deportivo Riestra – Platense 0:0
Talyeres de Kordoba - San Lorenso 0:0
Boka Xuniors - Ximnasiya M 1:1
Merentyel, 41 – L.Paredes, 15.
İndependyente Rivadaviya - River Pleyt 1:1
Rios, 17 – Montyel, 38.
Tiqre - Ximnasiya LP 2:2
D.Romero, 37. Barrionuevo, 59 – E.Martines, 27. M.Torres, 38.
Atletiko Urakan - Belqrano 3:1
Peralta, 14; 57. Kortes, 21 – F.Vaskes, 67.
İndependyente - Sentral Kordoba 2:0
Avalos, 89. Markone, 90+5.
Nyuellz Old Boyz - Rosario Sentral 0:2
Di Mariya, 51. Kopetti, 81.
Arxentinos Xuniors - Barrakas Sentral 1:1
Kida, 90 – İnsua, 10.
İnstituto – Union 1:2
Rafaelli, 48 - Tarraqona, 43. Del Blanko, 55.
Defensa y Xustisiya – Lanus 1:1
Amor, 32 – Bou, 41.
Banfild - Aldosivi 2:0
L.Qomes, 36; 73.
Sarmyento - Estudiantes RK 1:0
Marabel, 11-p.
Atletiko Tukuman - Rasinq 0:3
Verqara, 35; 81. Solari, 90+3.

A qrupu
1. Veles Sarsfild 8 5 3 0 9-4 18
2. Estudiantes LP 8 4 3 1 7-3 15
3. Union 8 4 2 2 11-5 14
4. İndependyente 8 3 4 1 11-7 13
5. Platense 8 3 4 1 5-3 13
6. Boka Xuniors 8 3 3 2 9-5 12
7. San Lorenso 8 3 3 2 7-5 12
8. Defensa y Xustisiya 8 2 6 0 7-5 12
9. Talyeres de Kordoba 8 3 2 3 8-9 11
10. Lanus 7 2 3 2 9-12 9
11. İnstituto 8 2 2 4 9-10 8
12. Sentral Kordoba 8 2 2 4 3-6 8
13. Ximnasiya M 8 2 2 4 5-10 8
14. Deportivo Riestra 8 0 5 3 2-5 5
15. Nyuellz Old Boyz 8 0 2 6 5-16 2

B qrupu
1. İndependyente Rivadaviya 8 5 2 1 12-8 17
2. Tiqre 8 4 3 1 14-7 15
3. Belqrano 8 4 3 1 10-7 15
4. Rosario Sentral 8 4 2 2 10-6 14
5. Atletiko Urakan 8 3 3 2 8-7 12
6. Rasinq 8 3 2 3 11-9 11
7. River Pleyt 8 3 2 3 8-8 11
8. Ximnasiya LP 8 3 2 3 9-10 11
9. Banfild 8 3 1 4 9-9 10
10. Arxentinos Xuniors 6 2 3 1 4-3 9
11. Barrakas Sentral 8 2 3 3 6-7 9
12. Sarmyento 8 3 0 5 6-9 9
13. Atletiko Tukuman 8 1 2 5 9-13 5
14. Estudiantes RK 8 1 1 6 3-12 4
15. Aldosivi 7 0 3 4 2-8 3

Bombardirlər:
D.Romero (Tiqre) - 5, Avalos (İndependyente), X.Kaysedo (Atletiko Urakan), Di Mariya (Rosario Sentral), L.Dias (Atletiko Tukuman), Marabel (Sarmyento), M.Mendes (Banfild), Russo (Tiqre), Sartori (İndependyente Rivadaviya), Tarraqona (Union) - 4.

Seçilən
47
1
football-plus.az

2Mənbələr