Aktual.az xəbər verir ki, bu barədə bank özü məlumat yayıb.
"Təxirə salınmış məhkəmə prosesi müqaviləsinin şərtlərinə əsasən, bank heç bir ittihamı qəbul etməyəcək və heç bir pul cəriməsi ödəməyəcək.
Məhkəmənin razılaşmanı təsdiqləməsi ilə ABŞ-da bankımıza qarşı cinayət işi başa çatacaq”, - məlumatda bildirilib.
Qeyd edək ki, 2019-cu ildə Türkiyənin dövlət bankı "Halkbank”ın baş direktor müavini Mehmet Hakan Atilla ABŞ-ın İrana tətbiq etdiyi sanksiyanı pozmaqda ittiham olunub.