AZ

Fidanla Əraqçi yenidən Türkiyə hava məkanının pozulmasını müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Aznews.az xəbər verir ki, bu barədə "Haber Global" nazirlikdəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı H.Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və Türkiyənin buna qarşı bütün zəruri tədbirləri görməyə davam edəcəyini vurğulayıb.

Nazir Fidan həmçinin qeyd edib ki, bütün tərəflər regional təhlükəsizliyə zərər verə biləcək və mülki şəxslər üçün risk yaradacaq addımlardan çəkinməlidir.

Seçilən
54
6
aznews.az

10Mənbələr