AZ

Ermənistanın Xarici Kəşfiyyat Xidməti seçkilərə xarici müdaxilə barədə məlumat yaydı

BAKI, 10 mart. TELEQRAF

Bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarının adından çıxış edən şəxslər Ermənistan vətəndaşı olan iş adamlarına təzyiq göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, kəşfiyyat orqanları xarici ölkələrdə iqtisadi fəaliyyətlə məşğul olan erməni əsilli şəxslərə qarşı təhdidlərin artması barədə məlumatlar əldə edib. Bildirilib ki, müxtəlif qüvvələr həmin iş adamlarını Ermənistanda gözlənilən parlament seçkilərində iştirak edəcək müəyyən siyasi qruplara dəstək verməyə məcbur edir.

"Bu fəaliyyətlər həmin iş adamları tərəfindən siyasi qüvvələrə həm maliyyə, həm də təşkilati dəstəyin göstərilməsini hədəfləyir", - deyə bəyanatda vurğulanıb.

Seçilən
105
teleqraf.com

1Mənbələr