AZ

Azərbaycanı Tokio Olimpiadasında təmsil edən gimnast karyerasını bitirib

Bakı, 10 mart, AZƏRTAC

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü İvan Tixonov karyerasını bitirib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Gimnastika Federasiyasından bildirilib.

30 yaşlı rusiyalı idmançının artıq Vətəninə qayıtdığı qeyd edilib.

Xatırladaq ki, 2018-ci ildən Azərbaycan yığmasında çıxış edən İvan Tixonov 2019-cu ildə Ştutqartda keçirilən dünya çempionatında göstərdiyi nəticə ilə "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.

 

Seçilən
59
1
azertag.az

2Mənbələr