Bakı, 10 mart, AZƏRTAC
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü İvan Tixonov karyerasını bitirib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Gimnastika Federasiyasından bildirilib.
30 yaşlı rusiyalı idmançının artıq Vətəninə qayıtdığı qeyd edilib.
Xatırladaq ki, 2018-ci ildən Azərbaycan yığmasında çıxış edən İvan Tixonov 2019-cu ildə Ştutqartda keçirilən dünya çempionatında göstərdiyi nəticə ilə "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.