
“Ali Liderin, xalqımızın və silahlı qüvvələrimizin düşmənlərimizdən qisas almaq əzmi hər zamankından daha güclüdür”.
Missiya.Az Mehr agentliyinə istinadən xəbər verir ki, bunu İranın Mərkəzi Komandanlıq Qərargahının komandanı, general-mayor Əli Abdullahi bildirib.
O vurğulayıb ki, ABŞ və İsrail 28 fevral 2026-cı ildə İran İslam Respublikasına qarşı hücum edib, bu zaman bir sıra komandirlər və vətəndaşlar şəhid olub.
O əlavə edib ki, biz heç bir müharibənin təşəbbüskarı deyilik, lakin düşmənin hərəkətləri cavabsız qalmayacaq. Düşmən İranın zəifləməsini arzulamamalıdır.
Seyranə QuliyevaMissiya.Az