AZ

“Qisas almaq əzmimiz həmişəkindən daha güclüdür” - İran

 “Ali Liderin, xalqımızın və silahlı qüvvələrimizin düşmənlərimizdən qisas almaq əzmi hər zamankından daha güclüdür”.

Missiya.Az Mehr agentliyinə istinadən xəbər verir ki, bunu  İranın Mərkəzi Komandanlıq Qərargahının komandanı, general-mayor Əli Abdullahi bildirib.

O vurğulayıb ki, ABŞ və İsrail  28 fevral 2026-cı ildə İran İslam Respublikasına qarşı hücum edib, bu zaman bir sıra komandirlər və vətəndaşlar şəhid olub.

O əlavə edib ki, biz heç bir müharibənin təşəbbüskarı deyilik, lakin düşmənin hərəkətləri cavabsız qalmayacaq. Düşmən İranın zəifləməsini arzulamamalıdır.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
35
missiya.az

1Mənbələr