AZ

Vüsal İsgəndərlinin komandası “Dinamo”ya da qalib gəldi – ARENA.AZ

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Partizani” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 6-cı turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Partizani” səfərdə baş tutmuş bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.

“Partizani” 27 turdan sonra 42 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. Sözügedən komanda 27 oyunda 12 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 25 oyuna çıxıb, 5 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
100
15
arena.az

10Mənbələr