AZ

ABŞ universitetində qalmaqal: rektor istefa verdi

ABŞ-in nüfuzlu ali təhsil müəssisələrindən biri olan Ohio State University-nin prezidenti Walter “Ted” Carter Jr. qalmaqallı hadisədən sonra vəzifəsindən istefa verib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Carter bir qadınla uyğun olmayan münasibətdə olduğunu etiraf edib. Həmin qadın şəxsi biznes layihəsi üçün universitetdən dəstək almağa çalışırdı.

Bu vəziyyət maraqların toqquşması və etik qaydaların pozulması kimi qiymətləndirilib.

Universitetin Qəyyumlar Şurası məsələ ilə bağlı 7 mart tarixində xüsusi iclas keçirib. İclas zamanı Carter münasibəti etiraf edib və istefa vermək qərarına gəlib. Şura 9 mart 2026-cı ildə onun istefasını rəsmi şəkildə qəbul edib.

Qəyyumlar Şurasının sədri John Zeiger bildirib ki, hadisə universitet rəhbərliyi üçün gözlənilməz olub və məsələ ciddi şəkildə qiymətləndirilib.

Qeyd edək ki, Carter 2024-cü ilin yanvarında universitetin 17-ci prezidenti kimi fəaliyyətə başlamışdı. Onun rəhbərliyi dövründə universitetdə “Education for Citizenship 2035” adlı strateji inkişaf proqramı həyata keçirilmiş, elmi tədqiqatların maliyyələşməsi artırılmışdı. Lakin eyni zamanda müxtəlif idarəetmə qərarları və bəzi proqramların ləğvi də müzakirələrə səbəb olmuşdu.

Carter-in istefası Ohio State University-də son illərdə baş verən ikinci qəfil rəhbərlik dəyişikliyi hesab olunur. Ondan əvvəlki prezident Kristina M. Johnson da iki illik fəaliyyətindən sonra vəzifəsini tərk etmişdi.

Hazırda universitet rəhbərliyi yeni prezidentin seçilməsi üçün keçid planı hazırlayır.

Seçilən
51
azedu.az

1Mənbələr